Evsizlərin KÖÇ KARVANI – Fransadan qeyri-humanist addım

İdman

04.06.2024 17:39

Olimpiadadan əvvəl 12 mindən çox evsiz Parisdən köçürülüb. 

TodayPress xəbər verir ki, Yay Olimpiya Oyunları öncəsi “sosial təmizləmə” çərçivəsində minlərlə evsiz Parisdən və ətraf ərazilərdən köçürülüb. Məcburi köçkünlər arasında sığınacaq axtaranlar, habelə təhlükəli və həssas vəziyyətdə olan ailələr və uşaqlar da var.

Parisdə çadır şəhərciklərin köçürülməsi və sökülməsi prosesi 2023-cü ilin aprelindən intensivləşib. Son 13 ayda 12 min 545 nəfər köçürülüb. Fransa daxilində evsizlik probleminin uzunmüddətli həlli üçün ən azı 20 min evə ehtiyac var.

Paris meri Anne Hidalqo, meriyanın qəzalı mənzillərə cavabdeh olan hökumətdən illərdir paytaxt küçələrində yaşayan təxminən 3 min 600 nəfəri yerləşdirmək üçün davamlı bir plan hazırlamasını xahiş etdiyini bildirib. O, keçən il təkid edirdi ki, heç kim şəhəri tərk etməyə məcbur edilməyəcək.

Parisdə Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. 

Namiq HUN

tag: Fransa, Köç, Karvan, Anne Hidalqo, todaypress.az,