Evra MMA-da döyüşəcək

İdman

26.04.2025 12:20

17

“Mançester Yunayted” klubunun və Fransa millisinin sabiq futbolçusu Patris Evra MMA-da ilk döyüşünü keçirəcək.   

TodayPress PFL-ə (Professional Fighters League) istinadən xəbər verir ki, döyüş mayın 23-də Parisdəki “Accor Arena”da olacaq.   43 yaşlı Evrann rəqibi hələ açıqlanmayıb. 

Xatırladaq ki, Patris Evra “Mançester Yunayted”in heyətində beş dəfə İngiltərə çempionu olub və klubla Çempionlar Liqası kubokunu qazanıb.

O, karyerası ərzində Avropanın “Montsa”, “Nitsa”, “Monako”, “Yuventus”, “Marsel” və “Vest Hem” kimi klublarında da çıxış edib. Evra milli karyerasında Fransa komandası ilə Avro-2016-da gümüş medal qazanıb.   

Namiq HUN

tag: Patris Evra,MMA,Futbol,Döyüş,Todaypress.az,