"Everton" klubunun satılmasına razılıq verildi

İdman

19.12.2024 19:30

İngiltərə Premyer Liqasının rəhbərliyi "Everton" futbol klubunun ABŞ-dən olan milyarder Dena Fridkinin şirkətinə satılmasına razılıq verib.

TodayPress  yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrda "Friedkin Group" Mersisayd təmsilçisinin keçmiş sahibi, iş adamı Fərhad Moşirinin sahibi olduğu "Blue Heaven Holdings"lə razılıq əldə olunub. 

Maliyyə şərtləri açıqlanmayıb.

Qeyd edək ki, İngiltərənin ən qədim klublarından olan "Everton" yüksək dəstəni heç vaxt tərk etməyən azsaylı komandalardan biridir. 

Ötən mövsüm "maliyyə feyr-pley"i qaydaları pozulduğu üçün klubun 8 xalı silinib. 

Komanda cari mövsüm 15 matçdan sonra 15 xalla 16-cı pillədə qərarlaşıb.

Namiq HUN

tag: İngiltərə Premyer Liqası,Everton,ABŞ,Friedkin Group,todaypress.az,