“Everton” klubuna müştəri çıxdı
İdman
11.06.2024 09:58
İngiltərənin “Everton” klubu 400 milyonluq təklif alıb.
TodayPress xəbər verir ki, beynəlxalq investorlardan ibarət konsorsium Premyer Liqa təmsilçisini almaq istəyir. Səudiyyə Ərəbistanı şeyxlərindən birinin yer aldığı konsorsium klub üçün 400 milyon funt sterlinq təklif edib.
Qeyd edək ki, “Everton”un indiki sahibi Farhad Moşirinin 2023-cü ildə klubun səhmlərinin 94 faizini Amerika Birləşmiş Ştatlarının investisiya şirkətinə satmaq istəyi baş tutmayıb.
Namiq HUN
tag: Everton, İngiltərə, Klub, Təklif,Farhad Moşirin, todaypress.az,