“Everton” əzəli rəqibini çalışdıran mütəxəssisi istəyir

İdman

26.10.2024 19:05

“Everton” klubu baş məşqçi postuna Davide Ançelottinin namizədliyini nəzərdən keçirir.

TodayPress xəbər verir ki, o, “mavilər”in hazırkı meneceri Şon Mark Dayçın yerinə bir nömrəli namizəddir.  

Amma Davide ilə bağlı bir nüans var. O, əvvəllər “Everton”un əzəli rəqibi “Liverpul”da baş məşqçi köməkçisi kimi çalışıb. 

Hazırda italiyalı mütəxəssis “Real”da atasının, əfsanəvi məşqçi Karlo Ançelottinin köməkçisi kimi fəaliyyət göstərir.

Xatırladaq ki, Karlo Ançelotti 2019-2021-ci illərdə “Everton”a rəhbərlik edib.

Namiq HUN

tag: Everton, Davide Ançelotti, Şon Mark, Real, todaypress.az,