Eto O namizəd ola biləcək

İdman

07.03.2025 18:06

1937

İdman Arbitraj Məhkəməsi (CAS) Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto Onun Afrika Futbol Konfederasiyasına (CAF) qarşı apellyasiyasını təmin etdiyini bildirib.   

TodayPress xəbər verir ki, kamerunlu martın 12-də qurumun növbədənkənar ümumi yığıncağında CAF İcraiyyə Komitəsinə keçiriləcək seçkilər üçün namizədlər siyahısına daxil ediləcək. 

Qeyd edək ki, CAF Eto Onu qeyri-münasib namizəd kimi tanıdığından keçmiş futbolçu apelyasiya şikayəti vermək qərarına gəlib. 

Xatırladaq ki, Eto'O 2021-ci ildən Kamerun Futbol Federasiyasının prezidenti vəzifəsində çalışır. 2024-cü ilin sentyabrında FIFA aqressiv davranışı və ədalətli oyun prinsiplərini pozduğuna görə ona 6 ay müddətinə Kamerun millilərinin oyunlarını canlı izləməyi qadağan etmişdi.   

Namiq HUN

tag: Samuel Eto,Futbol,Klub,Liqa,Todaypress.az,