Estoniya millisinin aparıcı futbolçusu Azərbaycanla oyunu buraxacaq

İdman

11.11.2024 14:20

Estoniya yığmasının futbolçusu Marten Kuusk UEFA Millətlər Liqasının C Divizionunda Qəbələdə Azərbaycan millisinə qarşı keçiriləcək oyunda iştirak etməyəcək.

TodayPress xarici mətbuata istinadən xəbər verir ki, Polşanın “Katovitse” klubunda çıxış edən 26 yaşlı müdafiəçi ayağından ciddi zədələnib.

Təcrübəli oyunçu bu səbəbdən yığmanın heyətindən çıxarılıb. Onun əvəzinə düşərgəyə “Flora” komandasının üzvü Erko Yonne dəvət olunub.

Estoniya seçməsi Millətlər Liqasının qarşıdakı oyunlarına Kiprdə hazırlaşır.

Qeyd edək ki, noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan - Estoniya matçı saat 18:00-da başlayacaq.

tag: Estoniya, Liqa, Azərbaycan, Flora, Qəbələ, todaypress.az,