Estoniya komandası Avroliqadan kənarlaşdırıldı
İdman
13.09.2024 16:49
Çimərlik futbolu üzrə Estoniya yığma komandası İtaliyada keçirilən Avropa Liqası turnirinin superfinalında Belarusla oynamaqdan imtina edib.
TodayPress xəbər verir ki, Algere turnirinin ¼ final mərhələsində meydana çıxmaqdan imtina etdiyi üçün Estoniya komandasına texniki məğlubiyyət verilib.
Belarus millisi isə yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, Belarus millisi pley-offa gedən yolda qrup mərhələsində İsveçrə (9:6), Moldova (8:0) və Fransa (6:3) komandalarından güclü olub.
Algere turnirinin qalibi sentyabrın 15-də məlum olacaq.
Namiq HUN
tag: Estoniya,Algere ,Avropa Liqası ,Belarus,İsveçrə, todaypress.az,