Əsas döyüşdə Maxaçevdən qələbə

İdman

19.01.2025 11:50

Los-Ancelesdə UFC 311 turnirinin əsas döyüşü keçirilib. 

TodayPress xəbər verir ki, yüngül çəkidə (70 kq-a qədər) UFC çempionu rusiyalı İslam Maxaçev reytinqdə onuncu nömrə olan braziliyalı Renato Moikano ilə qarşılaşıb. 

Maxaçev elə birinci raundda boğma fəndi ilə qələbə qazanıb.


tag: Los-Anceles,UFC,Renato Moikano,İslam Maxaçev ,Todaypress.az,