Ertuğrul Sağlam Şeydayevi “Kocaelispor”da saxladı

İdman

13.06.2024 10:18

1980

Azərbaycanlı futbolçu Ramil Şeydayev “Kocaelispor”da qalacaq.

TodayPress xəbər verir ki, hücumçu ilə bağlı komandanın baş məşqçisi Ertuğrul Sağlam qərar verib.

Məşqçi Şeydayevin heyətdə qalmasını istəyib. Ertuğrul Sağlam həmçinin, xorvatiyalı Yosip Vukoviç və gürcü Gigi Beridzenin də növbəti mövsümdə “Kocaelispor”da çıxış etməsinin tərəfdarıdır. 

Qeyd edək ki, Ramil bu ilin yanvarında “Kocaelispor” klubuna keçib. 

Namiq HUN

tag: Ertoğrul Sağlam Şeydayevi, Hücumçu, Qərar, Komanda,Azərbaycan, todaypress.az,