Ermənistan mundialında Türkiyə bayrağı dalğalandı
İdman
23.11.2024 10:50
Ermənistanda güləş üzrə hərbiçilər arasında dünya çempionatı keçirilib.
TodayPress xəbər verir ki, Türkiyə millisi İrəvan turnirini 8 medalla başa vurub.
Yunan-Roma güləşçilərindən Kərəm Kamal (63 kq) və Selçuk Can (72 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
“Ay-ulduzlular”ın aktivində mundialın 1 gümüş və 5 bürünc medalı da var.
Namiq HUN
tag: Ermənistan, Türkiyə, Yunan-Roma, Ay Ulduzlar, Gümüş Medal, todaypress.az,