Ermənistan baş məşqçisini istefaya göndərdi
İdman
14.10.2024 13:42
UEFA Millətlər Liqasının IV turunun ilk günü baş məşqçi istefası ilə yadda qalıb.
TodayPress xəbər verir ki, Ermənistan millisinin çalışdırıcısı Aleksandr Petrakov postundan kənarlaşdırılıb.
C liqasının IV qrupunun Şimali Makedoniya ilə ev oyununda 0:2 hesablı məğlubiyyət Ermənistanın birinci olmaq arzusunu ürəyində qoyub.
4 turdan sonra 4 xala malik komanda hazırda şimali makedoniyalılardan 6 xal geri qalır.
Qeyd edək ki, Petrakov 2023-cü ilin yanvarında baş məşqçi postuna təyin olunmuşdu.
Namiq HUN
tag: UEFA,Ermənistan , Şimali Makedoniya ,Baş Məşqçi , Petrakov ,todaypress.az,