Erməni gimnast azərbaycanlı hakimə görə "BRICS" idman oyunlarından imtina etdi

İdman

18.06.2024 20:12

Bədii gimnastika üzrə Ermənistan komandası Kazanda keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında iştirakdan imtina edib.

TodayPress Ermənistan mətbuatına istinadla xəbər verir ki, buna səbəb turnirin baş hakiminin dəyişdirilməsi olub. Erməni gimnast Silva Sarkisyan  müsahibəsində bildirib ki, yarışın baş hakimi vəzifəsinə Azərbaycan nümayəndəsinin təyin olunması Ermənistan tərəfin narazılığına səbəb olub.

“Əvvəlcə baş hakim kimi Ermənistan nümayəndəsi təyin olundu, indi isə yarışın baş hakimi Azərbaycandandır” deyə Sarkisyan bildirib.

GÜNEL

tag: Ermənistan, Gimnast, BRİKS oyunları, Kazan, todaypress.az,