Erlinq Haaland yubiley matçında fərqləndi
“Mançester Siti”nin forvardı Premyer Liqanın ilk turunda “Çelsi” ilə qarşılaşmada 100-cü oyununda 91-ci qolunu vurub.
TodayPress xəbər verir ki, “Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola səfər matçında (2:0) hesabı açan norveçli hücumçu Erlinq Holandın çıxışından danışıb. O, Haalandın performansını Messi və Ronaldonun oyunu ilə müqayisə edib.
“Belə göstəricilər Messi və Kriştiano Ronaldonun səviyyəsinə uyğundur. Bu, bu ölkədə inanılmaz bir şeydir” Qvardiola bildirib.
Erlinq Haaland 2022-ci ilin iyulundan “Mançester Siti”də çıxış edir. Transfermarkt portalında futbolçunun transfer dəyəri hazırda 180 milyon avrodur.
Namiq HUN
tag: Erlinq Haaland,Kriştiano Ronaldo,Mançester Siti,Pep Qvardiola, Messi, todaypress.az,