Erik ten Haqın növbəti “qurbanı”

İdman

03.12.2024 15:39

“Mançester Yunayted”lə yollarını ayıran Erik ten Haq Almaniya klubunda işləyə bilər.

TodayPress xəbər verir ki, niderlandlı mütəxəssislə Bundesliqanın “Leypsiq” klubu maraqlanır.

Leypsiq təmsilçisi Marko Rose ilə yollarını ayıracağı təqdirdə komandanın “sükanı arxasına” ten Haq keçəcək.

“Leypsiq” ardıcıl 6 oyundur qələbə qazana bilmir. 

Marko Rosenin kollektivi Çempionlar Liqasında Liqa mərhələsinin 34-cü komandasıdır. “Leypsiq” Avropanın ən nüfuzlu klub turnirində 5 oyundur xal qazana bilmir. 

Namiq HUN

tag: Mançester Yunayted, Erik Ten Haq, Almaniya, Leypsiq, todaypress.az,