Erik ten Haq MY-dan milyonlarını tələb etdi
İdman
29.10.2024 16:35
“Mançester Yunayted”in müqaviləsinin müddəti başa çatmamış baş məşqçi postundan istefaya göndərdiyi Erik ten Haqa 20 milyon avro təzminat ödənəcəyi açıqlanıb.
TodayPress xəbər verir ki, niderlandlı mütəxəssis təzminat məbləğinin hamısını tələb edib.
Xatırladaq ki, Erik ten Haq 2022-ci ilin aprelindən “Mançester Yunayted”i çalışdırırdı. 2023-cü ildə "qırmızı şeytanlar"la İngiltərə Kubokunu qazanan mütəxəssis, bu il komandası ilə İngiltərə Liqa Kubokuna sahib olub.
Qeyd edək ki, məşqçinin Mançester təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.
Namiq HUN
tag: Mançester Yunayted, Müqavilə, Niderland, Erik Ten Haq, İngiltərə, todaypress.az,