Erik ten Haq: “Bəzi jurnalistlər mənə inanmırlar”
İdman
19.10.2024 12:00
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq rəhbərliyin yaxın vaxtlarda onu klubdan göndərəcəyi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.
TodayPress xəbər verir ki, ESPN məlumat yayıb.
“Təbii ki, biz olduğumuz mövqedən narazıyıq. Amma buna baxmayaraq, klubda sakitlikdir. Biz plana uyğun hərəkət edirik və uğur qazanacağımıza əminik. Bu klubda birik. Bəzi jurnalistlər mənə inanmırlar. Bütün səs-küy, hekayə və nağıl uyduran mediadan gəlir. Onlar yalan yayırlar. Onların xəbərlərini görmüşəm” Ten Haq jurnalistlərə deyib.
Qeyd edək ki, daha əvvəl mətbuatda niderlandlı mütəxəssisin “Mançester Yunayted”in növbəti iki oyununun nəticələrinə görə qovula biləcəyi ilə bağlı məlumatlar yayılıb.
Erik ten Haqın komandası bu gün Premyer Liqanın VIII turu çərçivəsində “Old Trafford”da “Brentford”u qəbul edəcək.
Namiq HUN
tag: Mançester Yunayted, Erik Ten Haq, Liqa,Old Trafford,Brentford, todaypress.az,