Ərəblərdən Ronaldoya xüsusi hədiyyə

İdman

14.09.2024 09:08

"Əl-Nəsr" klubunun rəhbərliyi Kriştiano Ronaldoya xüsusi hədiyyə verib. 

TodayPress xəbər verir ki, forvarda üzərində 900 nömrəsi və GOAT yazısı olan köynək təqdim olunub. 

Səudiyyə Ərəbistanı təmsilçisi GOAT yazısı ilə Ronaldonun tarixin ən böyük futbolçusu olduğu mesajını verib. 

Qeyd edək ki, 39 yaşlı futbolçu UEFA Millətlər Liqasının Xorvatiya ilə oyununda fərqlənərək karyerasında rəsmi matçlarda 900-cü qolunu vurub. Hücumçu bu uğurun davamını Liqanın Şotlandiya ilə oyununda gətirib.

Xatırladaq ki, Kriştiano Ronaldo karyerasında “Sportinq”də 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101, “Əl-Nəsr”də 68, Portuqaliya millisində isə 132 qol vurub. O, futbol tarixinin, milli komandaların, Avropa çempionatının, Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının ən yaxşı bombardiridir.

Namiq HUN

tag: Dünya Çempionat ,Ronaldo ,Hədiyyə ,UEFA, Xorvatiya, todaypress.az,