Ərəblər Renarı geri qaytarırlar?
Səudiyyə Ərəbistanının futbol rəhbərliyi artıq aktiv şəkildə italiyalı mütəxəssis Roberto Mançininin alternativini axtarır.
TodayPress italyan insayder Nikolo Skiranaya istinadən xəbər verir ki, variantlardan biri bir vaxtlar ərəblərə rəhbərlik etmiş fransalı mütəxəssis Erve Renarın geri qayıtmasıdır.
Qeyd edək ki, Renar 2019-2023-cü illər arasında Səudiyyə Ərəbistanı millisini çalışdırıb. Daha sonra o, Fransanın qadınlardan ibarət komandasına rəhbərlik edib.
Namiq HUN
tag: Səudiyyə Ərəbistan, Fransa,Roberto Mançini,Milli, todaypress.az,