Ərəblər “Real”ın qapısını kəsdirdilər

İdman

04.12.2024 16:45

2662

Səudiyyə Ərəbistanının adı açıqlanmayan futbol klubu növbəti mövsüm üçün “Real Madrid”in qolkiperi Tibo Kurtuanı transfer etmək üçün böyük məbləğ ödəməyə hazırdır.

TodayPress “Marca”ya istinadən xəbər verir ki, “kral klubu” Madriddə xoşbəxt olan belçikalı qapıçını buraxmaq istəmir. 

Hazırda Tibo Kurtuanın agenti digər komandalarla danışıqlar aparmır.

Qeyd edək ki, Kurtua cari mövsüm bütün turnirlərdə 15 matça çıxıb. O, 6 görüşdə qapısını toxunulmaz saxlayıb. Futbolçunun “Real”la hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. 

Transfermarkt portalında Tibo Kurtuanın transfer dəyəri 25 milyon avrodur.

Namiq HUN

tag: Madrid, Futbol, Real,Matç, todaypress.az,