Ərəblər Neymarı fitə basdılar
İdman
19.10.2024 13:00
“Əl-Hilal” klubunun futbolçusu Neymar Səudiyyə Ərəbistanında keçirilən “6 Kings Slam” sərgi xarakterli tennis turnirinə qatılıb.
TodayPress xəbər verir ki, yerli azarkeşlər braziliyalı futbolçunu fitə basıblar. Kütlənin Neymarın rəqibi Kriştiano Ronaldonun adını tərənnüm etməsi eşidilib.
Qeyd edək ki, Neymar çarpaz bağından zədə aldığı üçün ötən ilin oktyabrından futbol oynamır.
O, “Əl-Hilal” klubuna qoşulduğu müddətdə cəmi 3 oyun keçirib və 2 məhsuldar ötürmə verib.
Neymarın oktyabrın 21-də Asiya Çempionlar Liqasının “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) – “Əl-Ayn” (BƏƏ) matçında meydana qayıdacağı gözlənilir.
Namiq HUN
tag: Əl-Hilal, Neymar, Zədə, Asiya,6 Kings Slam, todaypress.az,