Erdoğan milli komandanı təbrik etdi
İdman
27.06.2024 17:13
Türkiyə prezidenti AVRO-2024-dəki uğurdan sonra Türkiyə millisinin futbolçularına və məşqçilərinə zəng edib.
TodayPress xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “ay-ulduzlular”ın Avropa çempionatının pley-off mərhələsinə yüksəlməsindən sonra yığmanın futbolçuları və məşqçilər heyəti ilə əlaqə saxlayıb.
O, əvvəlcə millinin baş məşqçisi Vinçenzo Montella ilə danışıb. “Ümid edirəm ki, Avstriya ilə oyuna hazırlaşıb, lazım olan hər şeyi edəcəyik” deyən Erdoğan Türkiyə millisinin kapitanı Hakan Çalhanoğluya və Çexiya ilə matçda qalibiyyət qolunun müəllifi Cenk Tosuna da müraciət edib:
“Sizi xüsusilə təbrik edirəm, yaxşı qol oldu. Hamımızı rahatladan çox gözəl qol oldu. Allah köməyiniz olsun”.
Futbolçular da öz növbəsində ölkə başçısına təşəkkür ediblər.
Namiq HUN
tag: Erdoğan, Türkiyə, Prezident, Avstriya, Komanda, todaypress.az,