Enkvist: “Mən bobsleyə nifrət edirdim, bu, əsl kabus idi”
İdman
12.09.2024 15:10
İsveçli Olimpiya çempionu qəsdən dopinq qəbul etdiyini etiraf edib.
TodayPress xəbər verir ki, atlet Lyudmila Enkvist qəsdən qəbulu qadağan olunmuş preparatdan istifadə etdiyini bildirib.
“Mən bobsleyə nifrət edirdim, bu, əsl kabus idi. Daimi bədbəxtlik - məşqdən əvvəl, məşq zamanı və sonra, gündüz və gecə. Hər şeyi geri qaytarmaq mümkün deyildi. Risklər çox böyük idi. Böyük səylər göstərildi və məşhur sponsorlar cəlb edildi. Mən dopinqə yaxalanmaq, dəliliyə son qoymaq, qorxudan qurtulmaq istəyirdim” deyə atlet etiraf edib.
Qeyd edək ki, Enkvist 100 metr məsafəyə maneələrlə qaçışda Olimpiya çempionudur. 1999-cu ildə o, həm Yay, həm də Qış Olimpiya Oyunlarını qazanan ilk qadın olmaq məqsədi ilə bobsleyə keçib. 2001-ci ildə Lyudmila Enkvist dopinqdə tutulub. Bundan sonra idmançı karyerasını başa vurub.
Namiq HUN
tag: Lyudmila Enkvist ,Dopinq ,Qış Olimpiya Oyunları ,İsveç, Çempion, todaypress.az,