Endi Mürreyin 2 saata yaxın davam edən yubiley matçı

İdman

19.06.2024 15:45

Üçqat “Böyük Dəbilqə” və ikiqat Olimpiya çempionu olan keçmiş dünya bir nömrəsi, britaniyalı tennisçi Endi Mürrey karyerasının 1000-ci matçında qalib gəlib.

TodayPress xəbər verir ki, Mürrey bu uğura Londonda keçirilən ATP-500 kateqoriyalı turnirdə imza atıb. 37 yaşlı tennisçi ot örtüklü kortda təşkil olunan yarışın ilk dövrəsində dünyanın 48-ci raketkasi olan avstraliyalı Aleksey Popırini 6:3, 3:6, 6:3 hesabı ilə məğlub edib.

Mürreyin Popırinlə görüşü 1 saat 52 dəqiqə davam edib. 

Namiq HUN

tag: Endi Mürrey, Olimpia Çempionu, Böyük Dəbilqə, Turnir, Yubiley Matçı, todaypress.az,