En-Nesri “Fənərbağça”nın tarixinə düşdü

İdman

03.03.2025 11:12

1897

Türkiyə Super Liqasının XXVI turu “Fənərbağça”nın forvardı Yusif En-Nesri üçün əlamətdar olub. 

TodayPress xəbər verir ki, “sari-lacivərdlilər”in “Antalyaspor”u 3 cavabsız qolla məğlub etdiyi oyunda mərakeşli futbolçu pay sahibi olub. 

Ardıcıl 6 ev matçında fərqlənən Yusif En-Nesri İstanbul təmsilçisinin tarixinə düşüb.

Xatırladaq ki, sonuncu dəfə bu seriyanı “Fənərbağça”nın ulduz futbolçusu Aleks De Souza 19 il əvvəl (2006) bacarıb.

Qeyd edək ki, En-Nesri cari mövsüm Super Liqa təmsilçisinin heyətində çıxış etdiyi 39 qarşılaşmada 26 qol vurub və 5 assistlə yadda qalıb.

Namiq HUN

tag: İdman,Türkiyə,Futbol,Fənərbağça,todaypress.az,