Emrelinin “Seul”a keçidi təxirə düşdü

İdman

26.02.2025 16:14

1118

Azərbaycanlı futbolçu Mahir Emrelinin Cənubi Koreya klubuna keçidi təxirə düşüb.

TodayPress xəbər verir ki, buna səbəb “Seul”da əcnəbi futbolçular üçün maaş limitinin olmasıdır.

Məlumata görə, “Seul” iki futbolçunun Çin klubuna keçidinə razılıq verib. Həmin legionerlərin transferindən sonra Mahiri heyətə qatmaq istəyib. Çin klubuna keçidin baş tutmaması, Emrelinin də Cənubi Koreya təmsilçisinə qoşulmasına mane olub. Çinlilər legionerlərin xidmətindən imtina edib.

Mahirin “Seul” klubuna transferinə mövsümün sonunda aydınlıq gələcək. 

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu “Nürnberq”lə yayda 1+1 illik müqavilə imzalayıb. (Sportal.az)

Namiq HUN

tag: Azərbaycan,Futbol,Mahir Emreli,Cənubi Koreya,Seul,todaypress.az,