Emreli yenə əsas heyətdən kənarda qaldı

İdman

22.02.2025 09:50

2481

Azərbaycan yığmasının futbolçusu Mahir Emreli növbəti dəfə “Nürnberq”in heyətindən kənarda qalıb.   

TodayPress xəbər verir ki, forvard 2-ci Bundesliqanın XXIII turunda “Herta” ilə görüşün sifariş ərizəsinə daxil edilməyib. 

Berlin qarşılaşmasında qapılara qol vurulmayıb.

"Nürnberq" xalını 35-ə yüksəldərək 8-ci pillədə qərarlaşıb. 

Qeyd edək ki, Cənubi Koreyadan transfer təklifi alan Mahir ötən turda da əsas heyətdən kənarda qalmışdı.   

Namiq HUN

tag: Mahir Emreli, Futbol ,Mübarizə ,Klub,Todaypress.az,