Emreli xüsusi qoruyucu ilə oynayacaq

İdman

29.04.2025 09:00

7

Azərbaycan yığma komandasının və “Nürnberq” klubunun futbolçusu Mahir Emreli əl biləyindən zədələnib.   

TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, forvard 2-ci Bundesliqanın 31-ci turunda “Fortuna” ilə matçda zədə alıb. 

Tibbi müayinədən keçən Emrelinin konservativ üsulla müalicə olunması qərar alınıb.

Hücumçu məşqlər və növbəti oyuna xüsusi qoruyucu vasitə ilə çıxacaq. 

Qeyd edək ki, Mahir “Nürnberq”in “Fortuna” (3:3) ilə səfər oyununda qollardan birinin müəllifi olub.   

Namiq HUN

tag: Mahir Emreli, Nürnberq, Almaniya, Bundesliqa, todaypress.az,