Emreli “Sankt-Pauli”nin radarına düşdü

İdman

07.05.2025 18:23

13

Azərbaycan yığmasının üzvü Mahir Emreli yay transferində Almaniyanın “Nürnberq” klubundan ayrılacaq.   

TodayPress klubun rəsmi saytına istinadən xəbər verir ki, onunla başa çatan müqavilə yenilənməyəcək. 

Amma Emreli Almaniyadan ayrılmayacaq. Hücumçu karyerasını daha güclü klubda davam etdirəcək.

Onun xidmətində bu ölkənin Bundesliqa təmsilçisi “Sankt-Pauli” maraqlıdır. Klub forvardı transfer etmək istəyir. Lakin bunun üçün onlar əvvəlcə əsas liqada qalmağı təmin etməlidirlər.

Bundesliqa klubu hazırda düşmə zonasından cəmi 5 xal irəlidədir.  Mahir Emreli Hamburq təmsilçisi liqada qalacağı halda onunla müqavilə imzalayacaq. 

Qeyd edək ki, Almaniyanın başqa bir Bundesliqa klubu da Mahirlə danışıqlar aparır. “Bild” nəşrinin məlumatına görə, bu, “Hannover”dir.

Klub 27 yaşlı futbolçu ilə yeni müqavilə imzalamaq istəsə də, milli üzvü mövsümün sonunda təklifləri nəzərə alaraq qərar verəcəyini bildirib.   

Namiq HUN

tag: Mahir Emreli,Bundesliqa,Transfer,Klub,Todaypress.az,