Emreli "Nürnberq"i məğlubiyyətdən qurtardı
İdman
04.11.2024 10:15
Futbol üzrə Azərbaycan yığma komandasının forvardı Mahir Emreli Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb.
TodayPress xəbər verir ki, onun şərəfini qoruduğu “Nürnberq” klubu XI turda səfərdə “Hamburq”un qonağı olub.
“Volkspark” qarşılaşmasında tərəflər hərəyə 1 qol vurublar.
Ilk 15 dəqiqədən sonra hesabda geri düşən “Nürnberq”i Emreli məğlubiyyətdən qurtarıb. Mahir 63-cü dəqiqədə dəqiq zərbə ilə topu Fernandesin qoruduğu qapıdan keçirib.
Qeyd edək ki, Mahir Emreli “Nürnberq”də vurduğu qol sayını artıq 4-ə çatdırıb. Forvard ardıcıl 4 oyundur ki, rəqib torlarını silkələyir.
"Nürnberq" XI turdan sonra 17 xalla 6-cı pillədə qərarlaşıb.
Namiq HUN
tag: Emreli,Nürnberq, Forvard, Hamburq, Zərbə, todaypress.az,