Emreli “Nürnberq”də debüt etdi
İdman
21.09.2024 18:20
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın II Bundesliqa klubu “Nürnberq”də debüt edib.
TodayPress xəbər verir ki, “Nürnberq”in “Herta”nı sınağa çəkdiyi matçda Emreli 39-cu dəqiqədə meydana daxil olub.
O, zədələnən Benjamin Qolleri əvəzləyib.
90+5' dəqiqədə referi Lukas Benen kobud oyuna görə Mahir Emrelini sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, “Nürnberq” – “Herta” qarşılaşması Berlin təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Namiq HUN
tag: Azərbaycan ,Nürnberq, Herta ,Lukas Benen ,Mahir Emreli ,Cəza ,Berlin, todaypress.az,