Emreli kollektivi trio məşqinə dəyişdi
Azərbaycan yığma komandasının futbolçusu Mahir Emreli “Nürnberq” klubunda növbəti kollektiv məşqə qatılmayıb.
TodayPress II Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, səbəb hücumçunun Ondrey Karafiat və Stefanos Tzimasla birlikdə fərdi məşq etməsidir.
Qeyd edək ki, Mahir Emrelinin mövsümün sonunda “Nürnberq”dən ayrılacağı dəqiqləşib.
O, çempionatın mayın 18-də keçiriləcək turunda “Ayntraxt” (Braunşveyq) klubuna qarşı oyunda sonuncu dəfə “Nürnberq”in formasını geyinəcək.
Namiq HUN
tag: Mahir Emreli, Nürnberq, Almaniya, Bundesliqa, todaypress.az,