Emreli II Bundesliqada dubl etdi

İdman

19.04.2025 17:22

41

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniya çempionatında növbəti qollarını vurub.   

TodayPress xəbər verir ki, “Nürnberq” klubunun hücumçusu II Bundesliqanın XXX turunda “Paderborn”la ev görüşündə fərqlənib. 

Emreli matçın 2-ci dəqiqəsində oyunda hesabı açıb.

Lakin “Nürnberq” üstünlüyünü qoruya bilməyərək qapısından üç top buraxıb.

Mahir uzatma dəqiqələrində dublunu rəsmiləşdirsə də, komandası 2:3 hesabı ilə uduzub.   

Namiq HUN

tag: Mahir Emreli, Nürnberq, Almaniya, Bundesliqa, todaypress.az,