Emreli “Herta”nın radarına düşdü
Daha bir Almaniya klubu Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin xidmətində maraqlıdır.
TodayPress xəvər verir ki, “Nürnberq”in forvardını 2-ci Bundesliqada çıxış edən “Herta” klubu transfer etmək istəyir.
Berlin təmsilçisi Emrelini yay transferində heyətinə qatmağı planlaşdırır.
“Nürnberq” forvardla müqavilə müddətini artırmaq istəməsə, Mahir azad agent statusunu daşıyacaq.
Qeyd edək ki, 27 yaşlı futbolçu mövsümün əvvəlində “Nürnberq”lə müqavilə imzalayıb.
Emreli “Nürnberq”in heyətində meydana çıxdığı 19 matçda 4 qol vurub və 1 asist edib.
(Sportal.az)
Namiq HUN
tag: Emreli,Nürnberq, Forvard, Hamburq, todaypress.az,