Emreli Cənubi Koreya klubunun radarına düşdü
Almaniyanın “Nürnberq” klubunda çıxış edən azərbaycanlı futbolçu Mahir Emreli ilə maraqlanan Cənubi Koreya klubu məlum olub.
TodayPress xəbər verir ki, “Seul” klubu hücumçunu heyətinə qatmaq istəyir.
Daha əvvəl azərbaycanlı forvarda təklif irəli sürən K Liqa 1 təmsilçisi Emrelini razı salmaq üçün Nürnberq şəhərinə nümayəndə göndərib.
“Seul” forvardı razı salsa, II Bundesliqa klubuna təzminat ödəməli olacaq. Cənubi Koreyada transfer dönəmi martın 22-də başa çatacaq.
Qeyd edək ki, Mahir Emreli ötən yay “Nürnberq”ə keçib. (report.az)
tag: Almaniya,Nürnberq,Mahir Emreli,Cənubi Koreya,todaypress.az,