Emrah Çelikel: “Qarabağ”ın güclü mənəvi ruhu var”
Qurban Qurbanov Türkiyə klublarından təklif alsa da, qəbul etməyib.
TodayPress “beIN SPORTS”a istinadən xəbər verir ki, bunu “Qarabağ” klubunun baş direktoru Emrah Çelikel deyib. Klub rəsmisi Qurban Qurbanovun Türkiyədən təkliflər aldığını bildirib:
“Qurban Qurbanov Türkiyə klublarından təklif alsa da, qəbul etməyib. O, komandamızda qalmağı məqbul hesab edib. “Qarabağ”ın güclü mənəvi ruhu var. Baş məşqçimiz Vətəninə, bayrağına çox bağlıdır. “Qarabağ” uzun illərdir onun rəhbərliyi altında çıxış edir. Ayrılıqla bağlı məsələ müzakirə mövzusu olmayıb. Təbii ki, bəzi Avropa klubları da bəzən dəvətlər göndərirdi. Lakin Qurban Qurbanov öz qəti cavabını verib”.
Namiq HUN
tag: Qarabağ ,Qurban Qurbanov, Təklif, Klub, todaypress.az,