Emin Mahmudov “Neftçi”nin tarixinə düşdü
Premyer Liqanın XXV turu “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.
TodayPress Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Kəpəz”lə qarşılaşmada start heyətində yer alan yarımmüdafiəçi Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
Yubiley matçına qədər 43 qola imza atan Mahmudov Premyer Liqada yalnız “Neftçi” klubunun formasını geyinib. Emin Azərbaycan çempionatları tarixində “Neftçi”nin formasında 200 matç keçirən ilk oyunçudur.
Qeyd edək ki, Emin Mahmudov Premyer Liqada 2017/2018 mövsümündə debüt edib.
Namiq HUN
tag: Neftçi,Futbol,Klub,Emin Mahmudov,Todaypress.az,