Emin Mahmudov milli komandadan ayrıldı

İdman

14.11.2024 15:05

Futbol üzrə Azərbaycan yığma komandasının heyətində dəyişiklik edilib. 

TodayPress xəbər verir ki, Emin Mahmudov zədələndiyi üçün əsas  heyətdən çıxarılıb.

Onun əvəzinə “Zirə"nin yarımmüfadiəçisi İsmayıl İbrahimli milliyə dəvət alıb. 

Qeyd edək ki, milli komanda UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 16-da Qəbələdə Estoniya yığması, üç gün sonra isə Solnada İsveç seçməsi ilə qarşılaşacaq.

Namiq HUN

tag: Zirə, Emin Mahmudov,Azərbaycan, UEFA, Liqa, todaypress.az,