Emerik Laport xorvatlarla oyunu buraxacaq
İdman
13.06.2024 16:30
İspaniyalı müdafiəçi Xorvatiya ilə Avro-2024-ün açılış matçını buraxa bilər.
TodayPress xəbər verir ki, Emerik Laport İspaniya millisi ilə məşqdən kənarda qalıb.
Futbolçu əzələ diskomfortundan əziyyət çəkir və bu onu xüsusi bərpa işləri aparmağa məcbur edib. O, Şimali İrlandiya ilə son yoldaşlıq görüşündə cəmi 38 dəqiqə meydanda olub.
Qeyd edək ki, İspaniya və Xorvatiya milliləri arasında Avro-2024 qarşılaşması iyunun 15-də keçiriləcək. B qrupunda yer alan İspaniya millisinin digər rəqibləri arasında İtaliya və Albaniya komandaları da var.
Namiq HUN
tag: Emerik Laport, Oyun, Futbolçu, Avro-2024, Albaniya, İtaliya, todaypress.az,