Elvin Cəfərquliyev üçün İtaliyadan 3 müştəri - Klub rəsmisi iddialara cavab verdi

İdman

19.10.2024 13:30

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev komandanı tərk edə bilər. Ölkə mətbuatının verdiyi xəbərə görə, Ağdam təmsilçisinin müdafiəçisi ilə İtaliya təmsilçiləri maraqlanır. Müdafiəçi A Seriyasının “Latsio”, “Torino” və “Komo” klublarının transfer hədəfinə çevrilib. 

Qeyd olunur ki, romalılar ağdamlıların futbolçusunu hələ ki, izləmə mövqeyindədir. Digər klublar isə Elvinlə bağlı müsbət qərar veriblər.

Bildirilir ki, "Qarabağ" Elvin üçün 3 milyon avro tələb edir. İtaliya klubları isə həmin məbləği ödəməyə hazırdır. 

TodayPress olaraq məsələnin doğrululğunu araşdırdıq. Bununla bağlı “Qarabağ” klubuna sorğu ünvanladıq. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məsələ ilə bağlı rəsmi və ya qeyri rəsmi kluba heç bir təklif daxil olmadığını bildirdi. 

Qeyd edək ki, Cəfərquliyev 2018-ci ildən “Qarabağ” klubunun şərəfini qoruyur.

Namiq HUN

tag: İtaliya, Qarabağ, Anar Hacıyev,Torino, Müdafiəçi, todaypress.az,