Eltac Səfərlinin İndoneziya uğuru

İdman

26.02.2025 12:44

2836

Azərbaycanlı qrossmeyster Eltac Səfərli İndoneziyada keçirilən beynəlxalq turnirin qalibi olub.

TodayPress Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz 11 turdan ibarət dairəvi sistemlə keçirilən yarışda bütün rəqiblərini üstələyib.

Son turda qazanılmış qələbə ilə aktivini 8,5 xala yüksəldən Səfərli birinci pilləni təmin edib.

Namiq HUN

tag: İdman,Şahmat,Qrossmeyster,Eltac Səfərli,todaypress.az,