Eltac Səfərli “Masters” festivalında at oynadacaq
İdman
18.10.2024 23:00
Azərbaycan şahmatçısı Eltac Səfərli Fransada keçiriləcək turnirdə çıxış edəcək.
TodayPress xəbər verir ki, o, oktyabrın 19-da Annemasse şəhərində start götürəcək “Masters” festivalında ölkəmizi təmsil edəcək.
İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaq turnirin mükafatları uğrunda 16-sı qrossmeyster olmaqla, 118 şahmatçı mübarizə aparacaq.
Eltac Səfərli iştirakçılar arasında reytinq üzrə üçüncü şahmatçıdır.
Namiq HUN
tag: Azərbaycan, Eltac Səfərli, Fransa, Şahmat, Turnir, todaypress.az,