Əliyar Ağayev UEFA-dan təyinat aldı

İdman

30.09.2024 10:44

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

TodayPress xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Əliyar Ağayev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda keçiriləcək “Şturm” (Avstriya) – “Brügge” (Belçika) oyununun baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. 

Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. 

Matçın VAR hakimləri İngiltərədən Devid Kut və Stüart Attuell olacaq.

Qeyd edək ki, matç oktyabrın 2-də Klaqenfurt şəhərində yerləşən “Verterze” stadionunda keçiriləcək. 

Namiq HUN

tag: UEFA, Zeynal Zeynalov ,Akif Əmirəli ,Liqa ,Çempionlar ,todaypress.az,