Əliyar Ağayev Avropa Liqasına təyinat aldı

İdman

26.11.2024 11:07

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

TodayPress xəbər verir ki, o, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində keçiriləcək “Ferensvaroş” (Macarıstan) - “Malmö” (İsveç) oyununun baş hakimi olacaq. 

Ona Budapeşt qarşılaşmasında laysmanlar Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. 

Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

“Ferensvaroş” - “Malmö” matçı noyabrın 28-də Budapeştin “Ferensvaroş” stadionunda keçiriləcək.

Namiq HUN

tag: FIFA,Əliyar Ağayev , UEFA,Liqa,Budapeşt, todaypress.az,