Əliyar Ağayev Avropa Liqası oyununa təyinat aldı
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
TodayPress xəbər verir ki, o, UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək RFŞ (Latviya) – APOEL (Kipr) qarşılaşmasının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
RFŞ-APOEL görüşü avqustun 22-də Riqa şəhərində yerləşən “LNK Sporta Parks” stadionunda keçiriləcək.
tag: RFŞ-APOEL,Akif Əmirəli ,Zeynal Zeynalov,LNK Sporta Parks”, UEFA, Avropa, todaypress.az,