Elçin Məsiyev Avropa çempionatına təyinat aldı

İdman

05.03.2025 17:24

2743

FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb.   

TodayPress I kateqoriyaya malik E. Məsiyevin hakimlər briqadasında Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakim funksiyasını yerinə yetirəcəklər. 

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 11-28 iyun aralığında 16 komandanın iştirakı ilə keçiriləcək. 

Namiq HUN

tag: FİFA,Hakim,Elçin Məsiyev,Futbol,Todaypress.az,