Elcan "Asiya uşaqları"nın ən güclüsü oldu

İdman

28.06.2024 18:00

937

Rusiyada keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında Azərbaycan millisi daha 2 medal qazanıb.

TodayPress xəbər verir ki, taekvondoçularımızdan Elcan Əliyev (73 kq) Yakutsk turnirinin qızıl, Nilufer Borji (49 kq) bürünc medalını qazanıblar.

Taekvondo üzrə milli komandamız "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarını 2 qızıl, 1 gümüş və 3 bürünc medalla bitirib. Azərbaycan yığma komandası ümumi hesabda aktivindəki mükafat sayını 9-a yüksəldib. 

Namiq HUN

tag: Elcan, Asiya Uşaqları,Rusiya, İdman Oyunları, todaypress.az,