“Əl-Şabab”ın sükanı İmperatora həvalə edildi
İdman
26.12.2024 13:54
“Əl Şabab” baş məşqçi postu üçün Fatih Terimlə prinsipial razılığa gəlib.
TodayPress xəbər verir ki, bu barədə "Milliyet" qəzəte məlumat yayıb. Səudiyyə Ərəbistanı komandası Terimlə 6 aylıq razılığa gəlib.
Baş məşqçi yarım il üçün 1,6 milyon dollar maaş alacaq. Qeyd olunub ki, hər iki tərəf əgər razılaşsa, müqavilə 1 il müddətinə uzadıla bilər.
"Qalatasaray"ın sabiq baş məşqçisi Həmzə Həmzəoğlu və sarı-qırmızılı komandada fəaliyyət göstərmiş Levent Şahinin "Əl Şabab"da Fatih Terimin köməkçiləri olacağı bildirilir.
Məlum olduğu kimi, "Əl-Şəbab" klubunun baş məşqçisi Vitor Perreyra İngiltərənin "Vulverhempton" klubu ilə anlaşıb.
Qeyd edək ki, “Əl-Şabab” klubu Səudiyyə Ərəbistanı Pro Liqasının 23 xalla 6-cı komandasıdır.
Töhfə Səməd
tag: Baş məşqçi,Fatih Terim,Səudiyyə Ərəbistanı,Əl Şabab,todaypress.az,