"Əl Nəsr" Ronaldo ilə anlaşdı
İdman
01.06.2024 18:23
"Əl Nəsr"in baş direktoru Qvido Fienqa hücumçu
Kriştiano Ronaldonun gələn mövsüm də klubda qalacağını bildirib. Bu barədə
TodayPress xəbər verib.
Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir.
Forvardın klubla müqaviləsi 2025-ci ilin iyul ayına qədər qüvvədədir.
Son mövsüm Ronaldo "Əl-Nəsr"ın heyətində bütün
turnirlərdə 45 matçda çıxış edib. Forvard bu görüşlərdə 44 qol vurub və 13 məhsuldar
ötürmə edib.
tag: Ronaldo ,Futbol ,Portuqaliya ,Ərəbistanı ,todaypress.az,