"Əl-Nəsr" Pioli ilə anlaşdı

İdman

19.09.2024 09:33

1693

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" futbol klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

TodayPress xəbər verir ki, Kriştiano Ronaldonun çıxış etdiyi komandanı bundan sonra Stefani Pioli çalışdıracaq. 

O, baş məşqçi postunda portuqaliyalı Luiş Kaştranı əvəz edib.  

Qeyd edək ki, italiyalı mütəxəssis ötən mövsüm "Milan"danm ayrılıb. O, 2022-ci ildə "rossonoyerilər"ə İtaliya çempionu titulunu qazandırıb.

"Əl-Nəsr" klubu Səudiyyə Ərəbistanı Liqasında 3 turdan sonra 5 xalla 7-ci pillədə qərarlaşıb.

Namiq HUN

tag: Səudiyyə Ərəbistan ,Kriştiano Ronaldo, Luiş Kaştran ,Milan, todaypress.az,